Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 32 milyard 2,5 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,4 %, ilin əvvəli ilə müqayisədə 0,2 %, ötən il martın 1-nə nisbətən isə 8,8 % çoxdur.
Kredit qoyuluşunun 22 milyard 231,5 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 9,1 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 887,3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 9,4 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,5 %-dən 24,6 %-ə çatıb.
Martın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 883,7 milyon manat olub. Bu, illik müqayisədə 4 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 6,2 %-dən 5,9 %-ə düşüb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir