07 aprel 2026 16:26
198

Mart ayında paytaxtda 87 849.7 kv.m sahə təmir edilib

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt yollarında genişmiqyaslı təmir işlərinin icrası davam etdirilir. 

“İki sahil” xəbər verir ki, bu çərçivədə mart ayı ərzində ümumilikdə paytaxt ərazisində 87 849.7 kv.m sahədə təmir işləri icra edilib. Bu isə fevral ayı (9124.9 kv.m) ilə müqayisədə 862.7% daha çoxdur

Təkcə bayram günlərində, yəni 23-30 mart tarixləri arasında gündüz və gecə fasiləsiz fəaliyyət göstərən işçi heyəti sayəsində paytaxtda nəqliyyat sıxlığının azalmasından istifadə olunmaqla 78 762 kv.m sahədə təmir işləri aparılıb. 

Qalan 9087.7 kv.m sahəni əhatə edən təmir işləri isə nəqliyyatın hərəkətinə maneə yaradılmadan əsasən gecə saatlarında icra edilib.