İndiyə qədər Azərbaycandan Serbiyaya ümumilikdə 444,6 milyon kubmetr qaz ixrac olunub.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.
"Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçlə görüşdə iki ölkənin strateji tərəfdaşlığının möhkəmləndirilməsi çərçivəsində enerji əməkdaşlığının əsas istiqamətləri - təbi iqaz, elektrik enerjisinin istehsalı, Yaşıl Enerji Dəhlizi, enerji səmərəliliyi və istilik təchizatı üzrə müzakirələr apardıq", - nazir qeyd edib.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir