Mart ayında "Brent" markalı neftin orta spot qiyməti bir barel üçün 103 dollar təşkil edib və 2026-cı ilin ikinci rübündə 115 dollar/barel səviyyəsində pik həddə çatacağı, bundan sonra isə dayandırılmış hasilat həcmlərinin tədricən bərpası ilə azalmağa başlayacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, belə proqnozla ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) çıxış edib.
“Biz proqnoz dövrü ərzində neft qiymətlərində risk mükafatını saxlayırıq, çünki gələcəkdə mümkün tədarük fasilələri ilə bağlı qeyri-müəyyənliyin qiymətləri münaqişədən əvvəlki səviyyədən yüksək saxlayacağını gözləyirik”,- deyə EIA bildirir.
Məlumata görə, 2026-cı ilin dördüncü rübündə "Brent" markalı neftin qiyməti bir barel üçün 90 dollardan aşağı düşəcək, 2027-ci ildə isə orta hesabla 76 dollar/barel təşkil edəcək.
“Bu proqnoz əsasən Yaxın Şərqdəki münaqişənin davametmə müddəti və bununla bağlı neft hasilatındakı fasilələrlə bağlı ehtimallarımızdan asılıdır”,- deyə hesabatda qeyd olunur.
Azərbaycanda internet provayderləri üçün məlumat təhlükəsizliyi tələbləri sərtləşdirilir
ADSEA sədri ərazidə kollektorun tikinti-bərpa işlərinin gedişatı ilə tanış oldu - FOTO/VİDEO