Azərbaycan ilə Zimbabve arasında dayanıqlı şəhər inkişafı istiqamətində mövcud imkanlar müzakirə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2-ci Afrika Şəhərsalma Forumu çərçivəsində komitə sədri Anar Quliyev Zimbabve Respublikasının yerli idarəetmə və ictimai işlər naziri Daniel Garve ilə görüşüb.
Görüş zamanı Azərbaycan ilə Zimbabve arasında münasibətlərin müsbət inkişaf dinamikası vurğulanıb, dayanıqlı şəhər inkişafı istiqamətində mövcud imkanlar və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Serbiyalı nazir: Enerji resurslarının tədarükünün artırılmasına dair Azərbaycanla danışıqlar aparırıq
Azərbaycanda internet provayderləri üçün məlumat təhlükəsizliyi tələbləri sərtləşdirilir