09 aprel 2026 00:52
126

Qətər İqtisadi Forumu təxirə salınıb

Bu il mayın 12-dən 14-dək Dohada keçirilməsi planlaşdırılan VI Qətər İqtisadi Forumu təxirə salınıb. Forum cari il ərzində təşkil olunacaq.

“İki sahil” xəbər verir ki, bu qərar təşkilatçılar - “Bloomberg” Media Şirkəti və Qətər Ticarət və Sənaye Nazirliyinin tərəfdaşlarla məsləhətləşmələri nəticəsində regiondakı hazırkı vəziyyət nəzərə alınaraq qəbul edilib.

Qətər İqtisadi Forumu dünya iqtisadiyyatı barədə fikir mübadiləsi aparmaq üçün dövlət başçılarını, siyasətçiləri və iş adamlarını bir araya gətirən aparıcı qlobal platformadır.