Azərbaycan ABŞ şirkəti ilə ölkədə data mərkəz və bulud platformasının qurulmasını müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"ABŞ-nin süni intellekt (Sİ) sahəsində ixtisaslaşmış "Haimaker" şirkətinin baş icraçı direktoru cənab Su Le ilə görüşümüzdə Azərbaycanda Sİ infrastrukturunun yaradılması imkanlarını müzakirə etdik. Bu istiqamətdə strateji təklifləri, Ələt Azad İqtisadi Zonasında data mərkəz və bulud platformasının qurulması, əməkdaşlığın hüquqi əsaslarının təşkili və texnologiyaların transferi istiqamətində işbirliyi perspektivlərini nəzərdən keçirdik", - məluamtda qeyd edilib.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir