Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2026-cı ildə Yaxın Şərqdəki münaqişədən zərər çəkmiş iqtisadiyyatlara, o cümlədən Azərbaycana dəstək olmaq üçün 5 milyard avro ayırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, bank həm birbaşa müharibədən təsirlənən ölkələrə, həm də dolayı yolla iqtisadi nəticələrlə üzləşən dövlətlərə yönəlmiş xüsusi böhrana reaksiya proqramına start verib.
Qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, münaqişənin nəticələri artıq EBRD-nin fəaliyyət göstərdiyi bir sıra ölkələrdə özünü büruzə verir. Əsas amillər arasında ticarət zəncirlərindəki pozulmalar, enerji və xammal şokları, investisiya fəallığının azalması və əhali üçün xərclərin artması yer alır.
EBRD-dən qeyd edilib ki, təsirin gələcək miqyası yaxın aylarda vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq.
Proqramın əsas diqqəti münaqişədən birbaşa təsirlənən ölkələrə - İraq, İordaniya, Livan, İordan çayının qərb sahili və Qəzza zolağına yönəldiləcək. Bununla yanaşı, böhranın dolayı yolla təsirinə məruz qalan dövlətlərin siyahısına Misir, Türkiyə, Ermənistan və Azərbaycan daxil edilib. (Report)
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir