Fiziki şəxslərin gəlir vergisi Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən bəyan ediləcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı aidiyyəti dövlət qurumlarına müavfiq tapşırıqlar verilib.
Belə ki, İqtisadiyyat Nazirliyi oktyabr 1-dək xidmətin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etməlidir.
Həmçinin, İqtisadiyyat Nazirliyinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə oktyabrın 10-dək xidmətin mövcüd iş axının təqdim edilməsi, noyabrın 10-dək xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması, dekabrın 20-dək xidmətin mygov biznes platformasında istifadəyə verilməsi (istismar mühitində) tapşırılıb.
Mikayıl Cabbarov və IsDB-nin prezidenti Bakının bankın İllik Toplantılarına hazırlıq səviyyəsini qiymətləndiriblər
Azərbaycan Qazaxıstan ilə maliyyə nəzarətində süni intellektin tətbiqini müzakirə edib