Asiya İnkişaf Bankı (ADB) 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlarını açıqlayıb.
“İki sahil” xəbər verir ki, beynəlxalq bank ölkə iqtisadiyyatının cari ildə 2,0, gələn il isə 1,8 faiz artacağını bildirib.
Həmçinin AİB-ə görə, ötən dövrdə Azərbaycan manatı ABŞ dollarına qarşı sabit qalarkən, nominal effektiv ifadədə təxminən 9 faiz möhkəmlənib: “Bəzi ticarət tərəfdaşlarının valyutalarının dəyər itirməsi idxal qiymətlərinin daxildə ucuzlaşmasına kömək edib və ümumi inflyasiyanın azalmasına təsir göstərib. Real effektiv ifadədə isə manat 2,3 faiz möhkəmlənib”.
Xidmətlər sektorunun 2026-cı ildə 5,0, kənd təsərrüfatının müvafiq olaraq 1,0-0,9, sənayenin isə 1,5-1,4 faiz artacağı gözlənilir.
İnflyasiyanın cari ildə yenidən yavaşlayacağı proqnozlaşdırılır.
Dövlət büdcəsi kəsirinin 2026-cı ildə isə 2,0 faizə enəcəyi bildirilir.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir