15 aprel 2026 17:30
132

Azərbaycan ABŞ ilə enerji dəhlizlərini müzakirə edib

Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında enerji dəhlizləri müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Müzakirələr nazirin ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri xanım Rebekka Neffin və ABŞ-nin Ticarət və İnkişaf Agentliyinin Avropa və Avrasiya üzrə ölkə meneceri xanım Sara Leminqin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşdə baş tutub.

"Enerji dəhlizləri, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP), Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadi və kommersiya sütunları, eləcə də ölkəmizdə həyata keçirilən infrastruktur, nəqliyyat, rəqəmsallaşma, süni intellekt və digər prioritet sahələr üzrə layihələrdə ABŞ şirkətlərinin iştirak imkanları barədə müzakirələr apardıq",- deyə M. Cabbarov qeyd edib.

Nazir görüşdə həmçinin Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin və iqtisadi əlaqələrin gücləndirilməsi üçün yaranmış səmərəli mühitin vurğulandığını bildirib.