16 aprel 2026 10:21
192

Azərbaycana avtomobil idxalı azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 339 milyon 631.37 dollar dəyərində 15 min 351 ədəd avtomobil idxal edib.

“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 33.07%, dəyər ifadəsində isə 15.15% azdır.

Ölkəyə gətirilən avtomobillərin 13 min 359 ədədi minik avtomobilləri olub ( 251 milyon 915.81 min dollar). Bundan 299 ədədi (7 milyon 898.09 min dollar) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir ki, bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 30.14% azdır.

2026-cı ilin birinci rübündə 16 milyon 339.89 min ABŞ dolları dəyərində 1 564 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxal edilib. Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 148 ədəd (20 milyon 403.17 min dollar) olub.