2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın neft və qazın ixracından əldə etdiyi gəlirlər məlum olub.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ay Azərbaycan 6 milyard 257 milyon 77.87 min kubmetr həcmində təbii qaz ixrac edib və bu ixracın dəyəri 1 milyard 883 milyon 209.14 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə ixrac edilən təbii qazın həcmi ötən ilə müqayisədə 6.07% artıb, dəyəri isə 14.62% azalıb. Azərbaycanın ümumi ixracında təbii qazın payı 34.86% olub.
İxrac edilən neftin həcminə gəlincə, ilin ilk üç ayında 2 milyard 500 milyon 709.51 min dollar dəyərində 5 milyard 77 milyon 834.33 min ton xam neft və xam neft məhsulları satılıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən neftin həcmi 15.53%, dəyəri isə 25.05% azdır.
Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 46.29% olub.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir