16 aprel 2026 15:02
143

Azərbaycanla Rusiya arasında investisiya əməkdaşlığında müsbət dinamika müşahidə olunur

Azərbaycan ilə Rusiya arasında investisiya əməkdaşlığında müsbət dinamika müşahidə olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib.

“Rusiya investisiyalarının Azərbaycan iqtisadiyyatına yönəlmiş ümumi həcmi 10,7 milyard ABŞ dolları təşkil edir ki, bunun 2,9 milyard dolları qeyri-neft sektorunun payına düşür”, - deyə Baş nazirin müavini bildirib.

O qeyd edib ki, 2026-cı il aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda Rusiya kapitalı ilə 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib, onlardan 1400-dən çoxu aktiv fəaliyyət göstərir. Həmin şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələri daxil olmaqla iqtisadiyyatın əsas sektorlarında fəaliyyət göstərir.

Ş.Mustafayev əlavə edib ki, Azərbaycanda Rusiya investorlarının səmərəli fəaliyyəti üçün əlverişli biznes mühiti və zəruri şərait yaradılıb.