18 aprel 2026 00:33
289

Azərbaycanda istilik və su elektrik stansiyalarında enerji istehsalının həcminin dinamikası məlum olub

Bu ilin 1-ci rübü üzrə Azərbaycanda istilik elektrik stansiyalarında (İES) 6 milyard 66 milyon kVt·st, su elektrik stansiyalarında (SES) 510,5 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

“İki sahil” Energetika Nazirliyinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə İES-lərdə enerji istehsalı 252,3 milyon kVt·st və ya 4%, SES-lərdə isə 159,1 milyon kVt·st və ya 23,8% azalıb.

Ümumilikdə, 2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991 milyon kVt·st olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 180,8 milyon kVt·st və ya 2,5% azalıb.