Bu ilin yanvar-mart aylarında Azərbaycan Bolqarıstana 130,8 min tondan çox xam neft və neft məhsulları ixrac edib ki, bu da ölkənin ümumi neft ixracının 2,57 %-ni təşkil edir.
“İki sahil” Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Bolqarıstana ixracın həcmi illik müqayisədə 65,05 % (51,56 min ton) artıb.
Bu dövrdə ixracın dəyəri 67,86 milyon ABŞ dollarına çatıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 40,71 % (19,63 milyon ABŞ dolları) artım nümayiş etdirib.
Ümumilikdə 2026-cı ilin birinci rübündə Azərbaycan 5,077 milyon ton neft və neft məhsulları ixrac edib. Bu, bir il əvvəlki dövrün göstəricisinə (6,011 milyon ton) nisbətən 15,53 % azdır. İxracın dəyəri 2,5 milyard ABŞ dollarını ötüb. Bu, 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 25,05 % (835,94 milyon ABŞ dolları) azdır.
2025-ci ildə Bolqarıstana 92,288 milyon ABŞ dolları dəyərində 165,525 min ton Azərbaycan nefti və neft məhsulları tədarük edilib.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir