23 aprel 2026 15:53
166

Neft Fondu birinci rübdə neft-qaz sazişlərindən 1,8 milyard manat gəlir əldə edib

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 milyard 803,1 milyon manat olub.

“İki sahil” xəbər verir ki,  Fonddan bildirilib ki, birinci rübdə mənfəət neftinin və qazın satışından 1 milyard 802,7 milyon manat gəlir əldə edilib, bonus ödənişləri və tranzit gəlirləri 0,4 milyon manat olub.

Sözügedən dövr ərzində ARDNF-yə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 1 milyard 400,5 milyon manat, “Şahdəniz” yatağından (qaz və kondensat) isə 359,6 milyon manat məbləğində vəsait daxil olub.