Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, sərəncama əsasən, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yerquruluşu planında göstərilmiş, dövlət mülkiyyətinə aid 1 453,09 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.
İqtisadiyyat Nazirliyi və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Orta Kür layihəsinin dəyəri resurs potensialını texnologiya, yerli sahibkarlıq və regional inkişafla birləşdirməsindədir
Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib
Azərbaycanda banklar dayanıqlılıq hesabatlarını açıqlayacaq - yeni tələblər 2027-ci ildən qüvvəyə minir