Yeni dövlət standartı təşkilatlara iş proseslərində riskləri müəyyənləşdirmək və biznes fəaliyyətinə təsirlərini qiymətləndirmək üçün praktik təlimatlar və rəhbəredici göstərişlər təqdim edir.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO TS 22317:2026 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığını idarəetmə sistemləri. İş fəaliyyətinə (biznesə) təsirin təhlili üzrə təlimatlar” yeni dövlət standartı qəbul edilib.
Yeni standartın tətbiqi müəssisə və təşkilatlarda biznes fəaliyyətinə təsirin sistemli və hərtərəfli təhlilini təmin etməklə kritik iş proseslərinin asanlıqla müəyyənləşdirilməsinə, potensial risklərin dəqiq qiymətləndirilməsinə və iş davamlılığının daha səmərəli və effektiv idarə olunmasına mühüm töhfə verəcəkdir.
Sözügedən dövlət standartı Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsis edilən “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Auditorlar Palatasının 30 illik inkişaf yolu və iqtisadi sistemdə yaratdığı dəyər - ÖZƏL/TƏHLİL
Qlobal rəqəmsal xidmət təchizatçılarının Azərbaycanda ƏDV qeydiyyatı davam edir
Kaspersky: “Zoomer” nəslinin hər dördüncü nümayəndəsi süni intellektlə dostluq edir
Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir