Ağdamda 4 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Bərdə - Xankəndi yolunun Xıdırlı kənd ərazisindən keçən hissəsində baş verib.
Belə ki, "VAZ-2106" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin noyabrda keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
Naxçıvanda “Bir şəhid, bir hekayə, bir şeir” antologiyasının təqdimatı keçirilib - FOTO
Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib