26 iyun 2026 14:34
78

Dünya çempionatları tarixinin ikinci ən gec qələbə qolu vurulub

Türkiyə yığmasının müdafiəçisi Kaan Ayhan DÇ-2026-nın qrup mərhələsinin III turunda ABŞ ilə matçda dünya çempionatları tarixinin 2-ci ən gec qələbə qolunu vurub.

“İki sahil” "Opta"ya istinadən xəbər verir ki, futbolçu ikinci hissəyə əlavə olunmuş 8-ci dəqiqədə (90+7.50-ci saniyə) fərqlənərək görüşün 3:2 hesabı ilə bitməsini təmin edib. Bu, dünya çempionatları tarixində 1966-cı ildən bəri vurulan 2-ci ən gec qələbə qolu olub. Tarixdə bundan daha gec qola yalnız DÇ-2022-də Uelslə oyunda iranlı Rozbeh Çeşmi (90+7.56-cı saniyə) imza atıb.

Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində 3 xal toplayan Türkiyə yığması sonuncu yeri tutub və turnirdə mübarizəni dayandırıb.