26 iyun 2026 21:05
112

Bülent Korkmazın yeni komandası bəlli oldu

Türkiyəli mütəxəssis Bülent Korkmazın yeni iş yeri məlum oldu.

“İki sahil” xəbər verir ki, 57 yaşlı mütəxəssis yeni mövsümdən Türkiyə 1-ci liqasında çıxış edəcək “Antalyaspor”u çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, Antalya təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

Bülent Korkmaz  2018-2019 mövsümündə və 2021-ci ildə də "Antalyaspor"u çalışdırıb.

Onun son iş yeri 1-ci liqa təmsilçisi “Esenler Erokspor” olub.

Qeyd edək ki, Bülənt Korkmaz 2009-10 mövsümündə Azərbaycanda “Bakı”nın baş məşqçisi olub.