27 iyun 2026 00:01
129

Dünya çempionatları tarixində yeni rekord

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatı tarixə düşüb.

“İki sahil” FİFA-nın saytına istinadən xəbər verir ki, mundial turnir tarixinin azarkeş sayı üzrə rekordunu yeniləyib.

Qrup mərhələsinin başa çatmasına bir tur qalmış stadionlara ümumilikdə 3 milyon 605 min 357 tamaşaçı gəlib. Beləliklə, 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında qeydə alınmış 3 milyon 587 min 538 nəfərlik rekord geridə qalıb.

Hazırkı mundialda pley-off oyunları hələ qarşıdadır. Turnir ümumilikdə 104 matçdan ibarətdir ki, bu da azarkeş sayının daha da artacağı deməkdir. Hazırda qarşılaşmalarda stadionların orta doluluq səviyyəsi 99 faizdən çoxdur.