Azərbaycanın "Milla" şirkəti Daşkənddə süd məhsullarının istehsalını təşkil etməkdə maraqlıdır.
“İki sahil” xəbər verir ki, Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan IV Regionlararası Forumunda çıxışı zamanı deyib.
“Azərbaycanın "Milla" şirkətinin Daşkənddə süd məhsullarının istehsalının təşkilinə marağını alqışlayırıq”, – deyə Kudratov bildirib.
Onun sözlərinə görə, aqrosənaye və ərzaq sahələrində əməkdaşlığın inkişafı Özbəkistan və Azərbaycan regionları arasında qarşılıqlı fəaliyyətin perspektivli istiqamətlərindən biridir.
Kudratov qeyd edib ki, Sırdərya vilayəti ilə Füzuli, həmçinin Qaşqadərya vilayəti ilə Beyləqan bağçılıq, kənd təsərrüfatı məhsullarının dərin emalı və hazır ərzaq məhsullarının istehsalına diqqət yetirə bilərlər.
Qeyd edək ki, Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu iqtisadi əməkdaşlığın genişləndirilməsinə və birgə investisiya, ticarət layihələrinin həyata keçirilməsinə həsr olunub. Forum Daşkənddə keçirilir və iki ölkənin regionları arasında birbaşa əlaqələrin daha da inkişaf etdirilməsinə, həmçinin investisiya, sənaye və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Naxçıvanda balıqçılıq təsərrüfatları bərpa olunur: onlarla yeni iş yeri yaradılacaq
KPMG: Mərkəzi Asiya və Qafqaz şirkətləri AI-nin tətbiqində qlobal biznesi iki dəfə qabaqlayır