04 sentyabr 2026 21:05
125

Zelenski Uitkoff ilə Kuşnerin Kiyevə səfər edəcəyini təsdiqləyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Cared Kuşnerin öncə Moskvaya, bazar günü isə Kiyevə səfər edəcəyini təsdiqləyib.

“İki sahil” xəbər verir ki,  Zelenski bu barədə teleqram kanalında yazıb. "Biz bu səfərə hazırlaşırıq. Geniş diplomatik komandamızla - məhz ABŞ tərəfi ilə işləyənlərlə müşavirə keçirildi. ABŞ nümayəndələrinin əvvəlki diplomatik səfərləri zamanı olduğu kimi, danışıqçıların təhlükəsiz gəlməsi üçün Rusiya hava məkanının normal fəaliyyətini təmin edəcəyik", - o qeyd edib.

Ukrayna Prezidenti Rusiyanı da danışıqların aparılması və ABŞ tərəfinin səfəri ilə bağlı logistik məsələlərin həlli üçün lazım olan müddət ərzində hava zərbələrinin dayandırılmasını təmin etməyə çağırıb. "Məqsədimiz ABŞ tərəfi ilə maksimum konstruktiv, məzmunlu səfər və danışıqlardır. Bu müharibəni sona doğru necə yönləndirmək barədə real variantlar axtarmaq lazımdır. Görək Stiv və Caredin hansı təklifləri var və Moskvada onlara nə cavab verəcəklər", - Zelenski deyib.