04 sentyabr 2026 22:02
126

Fransada polisər sentyabrın 15-də kütləvi etiraz aksiyası keçirəcək

Fransada polisər sentyabrın 15-də kütləvi etiraz aksiyası keçirəcək. Daxili işlər naziri Loran Nünez ilə görüşdən narazı ayrılan həmkarlar ittifaqları nümayəndələri bu barədə xəbərdarlıq ediblər.

“İki sahil” xəbər verir ki, polislər əsasən maaşların və risk əlavəsinin artırılmasını (ISSP) tələb edirlər. ISSP risk əlavəsi 2019-cu ildən bəri artırılmayıb. “Alliance” həmkarlar ittifaqı polis üçün illik büdcənin 300–500 milyon avro artırılmasını tələb edir. Təşkilatın rəhbəri Fabyən Vanhemelrik sentyabrın 15-də minlərlə polis əməkdaşının küçələrə çıxacağını bildirib. “UN1TE” həmkarlar ittifaqı da aksiyanı dəstəkləyir və nazirliklə yeni danışıqların keçiriləcəyinə ümid edir.

Polislərin artan narazılığı Fransada büdcə müzakirələri fonunda yeni sosial gərginlik yaradır.