15 sentyabr 2026 15:39
115

Avstriya Avropa Komissiyasının planına etiraz edir

Avstriya kansleri Kristian Ştoker Aİ-yə üzv ölkələrin öz büdcələrini azaltmaq və dövlət aparatını ixtisar etmək məcburiyyətində qaldığı bir vaxtda Brüsselin Avropa Komissiyasının (AK) ştatını genişləndirmək planlarına qarşı narazılığını ifadə edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, o, bu barədə Avropa Şurasının sədri Antoniu Koşta ilə birgə mətbuat konfransında bildirib.

"Avstriyada qarşıdakı üç il ərzində inzibati idarəçilik sahəsində 2,6 min ştat vahidini ixtisar edəcəyik və məhz buna görə də Avropa Komissiyasında 2,5 min yeni vəzifənin yaradılmasının planlaşdırılmasını başa düşmək qeyri-mümkündür", – deyə o, bildirib.

Ştokerin sözlərinə görə, birliyin ətrafındakı dünya və bununla yanaşı onun prioritetləri də dəyişib, buna görə də Aİ öz büdcəsini bu yeni prioritetlərə uyğunlaşdırmalıdır.

Kansler həmçinin Aİ büdcəsinin artırılmasını bir daha rədd edib. O, 2028–2034-cü illər üçün çoxillik maliyyə çərçivəsi büdcəsinin müzakirədə olan layihəsinin Avstriya üçün qəbuledilməz olduğunu bəyan edib. Ştoker izah edib ki, söhbət yenə də təxminən 2 trilyon avro məbləğindən gedir ki, bu da 60% artım deməkdir. Kanslerin sözlərinə görə, belə bir artım Avstriya üçün qaldırılması mümkünsüz yükdür.