17 sentyabr 2026 15:11
165

Ficidə fövqəladə vəziyyət elan edilib, səbəbi...

Fici hökuməti İİV infeksiyasının kəskin artması səbəbindən ölkədə fövqəladə vəziyyət və milli böhran elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

2025-ci ildə Ficidə 2016 yeni İİV-ə yoluxma halı aşkar edilib ki, bu da əvvəlki illə müqayisədə 27% çoxdur. Həmin dövrdə İİV səbəbindən 117 nəfər həyatını itirib, onlardan 18-i bir yaşınadək körpülərdir. Fici hakimiyyəti İİV-in yayılması ilə mübarizə üçün 10 milyon dollar vəsait ayırıb.

Ölkə üzrə pulsuz testlərin keçirilməsi, lazımi dərman vasitələrinin əlçatanlığının artırılması və narkotik asılılığı olan şəxslər üçün iynə və şpris mübadiləsi proqramının başladılması planlaşdırılır.

Ficinin əhalisi təxminən 900 min nəfər təşkil edir. BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) qiymətləndirmələrinə əsasən 2025-ci ildə 9,1 min fici vətəndaşı İİV daşıyıcısı olub, lakin onların yalnız 39%-i infeksiyaya yoluxduğunu bilib, cəmi 22%-i isə lazım olan müalicəni alıb.

5 il əvvəl hər 167 Fici sakindən birində İİV olduğu halda, hazırda bu göstərici hər 60 nəfərdən birinə bərabərdir.