17 sentyabr 2026 21:12
120

Almaniyada dizelin qiyməti rekord həddə çatıb

Almaniyada dizel yanacağının qiyməti tarixi maksimum həddə çatıb.

“İki sahil” xəbər verir ki, cümə axşamı səhər Almaniyadakı yanacaqdoldurma məntəqələrində dizelin orta qiyməti 1 litr üçün 2,453 avro təşkil edib. Beləliklə, aprelin 7-də qeydə alınmış əvvəlki rekord yenilənib. Həmin vaxt dizelin qiyməti 2,446 avro olub.

Çərşənbə günü "E10" markalı büdcə benzininin (tərkibində 10%-dək bioetanol var) qiyməti də tarixi rekordunu yeniləyib.

Almaniyada və ümumilikdə Avropada avtomobil yanacağının qiyməti son günlər Babül-Məndəb boğazı ətrafında vəziyyətin gərginləşməsi səbəbindən artıb.