Aqrar Süni İntellekt layihəsi çərçivəsində ümumilikdə 33 süni intellekt və rəqəmsal həllin hazırlanması nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bu sözləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aqrar Süni İntellekt layihəsinin icra vəziyyəti, aqrar sahədə tətbiq olunan texnoloji yeniliklərə dair mətbuat konfransında deyib.
O bildirib ki, bu həllər 12 proqram üzrə üç əsas istiqaməti əhatə edir.
“Bunlardan biri məhsuldarlığın artırılmasıdır ki, bu istiqamət üzrə 7 proqram və 25 həll nəzərdə tutulur. Digər istiqamət subsidiyaların səmərəliliyinin artırılmasıdır. Burada 3 proqram və 5 həll yer alır. Üçüncü istiqamət isə heyvandarlığın inkişafıdır ki, bu sahədə 2 proqram və 3 həll nəzərdə tutulub. İstiqamətlər üzrə bitki sağlamlığı, bitkilərin ərazi və iqlim şəraitinə uyğunluğu, suvarmanın idarə edilməsi, əkin sahələrinin monitorinqi, məhsuldarlığın müəyyənləşdirilməsi, torpaq və iqlim xəritələrinin hazırlanması, fermer reytinqi, istixanaların və heyvandarlıq təsərrüfatlarının xəritələşdirilməsi, otlaqların idarə edilməsi və digər sahələri əhatə edən həllər hazırlanır”, - deyə o diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aqrar sahənin inkişafı, müasir texnologiyaların tətbiqi və kənd təsərrüfatının rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsi olan Aqrar Süni İntellekt layihəsi 2024-cü ildə fəaliyyətə başlayıb.
Layihənin əsas məqsədi kənd təsərrüfatında məlumatlara əsaslanan qərarvermə imkanlarını genişləndirmək, məhsuldarlığın artırılmasını dəstəkləmək, resurslardan səmərəli istifadəni təşviq etmək və dövlət dəstəyi mexanizmlərinin effektivliyini yüksəltməkdir. Layihə, həmçinin 2026–2030-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulan süni intellekt sisteminin yaradılması tədbirinin icrasına xidmət edir.
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova