14–27 oktyabr 2026-cı il tarixlərində Birbank Invest tətbiqi üzərindən “EmbaFinans” BOKT QSC-nin istiqrazlarına abunə yazılışı keçirilir.
İstiqrazların illik faiz dərəcəsi 13%, nominal dəyəri 10 AZN, tədavül müddəti isə 12 aydır. Faiz ödənişləri rüblük həyata keçiriləcək. İstiqrazlar sənədsiz, adlı, faizli və təmin edilməmiş formada buraxılır.
Abunə yazılışı müddətində istifadəçilər Birbank Invest tətbiqi vasitəsilə “EmbaFinans” BOKT QSC-nin istiqrazlarını əldə etmək üçün müraciət edə bilərlər.
Qeyd edək ki, Birbank Invest Kapital Bank-ın əmtəə nişanıdır. Tətbiq həm investisiya sahəsində ilk addımlarını atan, həm də təcrübəli investorlar üçün yerli və qlobal maliyyə bazarlarına rahat, sürətli və təhlükəsiz çıxış imkanı yaradır. Xidmət “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunur.
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova