03 noyabr 2026 14:33
113

İran Hörmüz boğazı üzərində suverenliyinin tanınmasını tələb edib

İranın Hörmüz boğazı üzərində suverenliyinin tanınması regionda təhlükəsizliyə nail olunması üçün əsas şərtlərdən biridir.

“İki sahil” xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı general-mayor Əli Abdollahi bəyan edib.

İranın "Tasnim" agentliyinin sitat gətirdiyi Abdollahinin müraciətindəki bəndlərdən birində "İranın Hörmüz boğazı üzərində suverenliyinin rəsmi şəkildə tanınması" yer alıb. Regionda dayanıqlı təhlükəsizliyə nail olmaq üçün digər şərtlər arasında o, İslam Respublikasına qarşı sanksiyaların tam ləğv edilməsini, dondurulmuş aktivlərin blokdan çıxarılmasını və İrana qarşı hərbi əməliyyatlara görə dəymiş ziyanın ödənilməsini göstərib.

Bununla yanaşı, iranlı general təcavüzün təkrarlanmayacağına dair zəmanətlərin verilməsini, habelə Qərbi Asiyada təhlükəsizlik sisteminin məhz region dövlətlərinin öz qüvvələri ilə yaradılmasını tələb edib.