03 noyabr 2026 15:23
137

Budanov rus dilində danışdığına görə Ukraynada qalmaqala səbəb olub

Vladimir Zelenskinin Ofisinin rəhbəri Kirill Budanovun noyabrın 2-də Petropavlovskaya Borşşaqovka kəndində baş verən hadisələr zamanı 14 yaşlı yeniyetmə ilə söhbətini əks etdirən video "Threads" sosial şəbəkəsinin ukraynalı istifadəçilərinin narazılığına sabəb olub.

“İki sahil” xəbər verir ki, bu barədə "KP.UA" nəşri məlumat yayıb.

İstifadəçilər məmurun yeniyetməyə rus dilində müraciət etməsindən hiddətləniblər, baxmayaraq ki, uşaq ona ukraynaca cavab verib. Müzakirə iştirakçılarının bir neçəsi hətta 2025-ci ildə övladlarının rusdilli uşağı döyməsində heç bir problem görmədiyini bəyan edən bloger Yelena Mandzyukdan vəziyyətə münasibət bildirməsini tələb ediblər.

"Budanov rusca danışır. Mandzyuku çağırın", — deyə istifadəçilər kinayə ilə yazıblar.

Mandzyuk öz növbəsində cavab verib ki, o, "dil ombudsmanı" deyil, lakin Budanovun rus dilində ünsiyyət qurduğunu eşitmək onun üçün "anlaşılmaz və xoşagəlməzdir". Rus dilinin hər yerdə qadağan edilməsi təşəbbüsləri ilə tanınan Ukraynanın dil ombudsmanı Yelena İvanovskayadan isə hələlik heç bir şərh verilməyib.

Əvvəllər Ali Radanın deputatı Aleksandr Dubinski diqqəti ona cəlb etmişdi ki, Ukraynada rus dilini qadağan edən ukraynalı məmurların mütləq əksəriyyəti — 90%-i məişətdə məhz bu dildə danışır.