03 noyabr 2026 13:44
122

Polşada keçiriləcək təlimlərdə 11 ölkə iştirak edəcək

Noyabrın 9-dan 22-dək Polşada keçiriləcək təlimlərdə 11 ölkədən olan hərbi qulluqçular iştirak edəcəklər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Manevrlər "istəklilər koalisiyası" çərçivəsində Birləşmiş Krallıq və Fransanın rəhbərliyi altında yaradılmış Ukrayna üçün Çoxmillətli Qüvvələrin himayəsi altında keçiriləcək. Təlimlərdə həmçinin Belçika, Almaniya, İspaniya, Litva, Niderland, Polşa, Türkiyə, İsveç və Estoniyadan olan hərbçilər iştirak edəcəklər.

London təlimlərə Quru Qoşunlarının 7-ci briqadasından 300 hərbçi, həmçinin "Eurofighter Typhoon" qırıcıları və "Voyager" yanacaqdolduran təyyarəsini göndərəcək.