ABŞ Prezidenti Donald Trampın Danimarka hakimiyyətinin Qrenlandiyanı Birləşmiş Ştatların nəzarətinə verməyə razılaşması barədə bəyanatı Ağ Evin aralıq seçkilərdə respublikaçıların qələbəsini təmin etmək cəhdidir.
“İki sahil” "Ritzau" agentliyinə istinadla xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bəyan edib.
Danimarka şirkətləri üçün Amerika bazarındakı şərait və imkanları müzakirə etmək məqsədilə ABŞ-yə gələn Lökke Rasmussen bildirib ki, bütün tərəflər əldə olunmuş razılaşmanı yüksək qiymətləndirirlər: "Trampın müxtəlif seçkiöncəsi mitinqlərdəki çıxışlarına gəlincə, mən onları aralıq seçkilər kontekstində və Trampa xas olan ünsiyyət tərzində qiymətləndirirəm. Saziş bağladığımız şəxslərdən hiç biri — hansı ki, mən keçən həftə daha bir saziş imzalamaq üçün Birləşmiş Ştatlarda olmuşam — nə barədə razılaşdığımıza şübhə etmir. Düşünürəm ki, bu, Trampın öz tərəfdarlarına yönəlmiş bir növ müraciətidir".
ABŞ, Qrenlandiya və Danimarka arasında sentyabrın 22-də Nyu-Yorkda imzalanmış müdafiə haqqında saziş Qrenlandiya parlamentində müzakirə olunacaq və orada ratifikasiya ediləcəyi gözlənilir. Saziş 1951-ci il müqaviləsinin yenilənmiş versiyasıdır və adada amerikalıların hərbi bazalar yerləşdirməyi planlaşdırdığı iki məkanı — Narsarsuaq və Mestersviqi müəyyən edir. Lökke Rasmussenin sözlərinə görə, amerikalılar hələlik bu baxımdan konkret planlarını açıqlamayıblar.