Hindistan Rusiyadan "Pantsir-S1M" zenit raket-top komplekslərinin (ZRTK) satın alınmasını müzakirə edir.
“İki sahil” xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadla "Hindustan Times" qəzeti məlumat verib.
Cənubi Asiya respublikasının Müdafiə Nazirliyi 52 ədəd Rusiya "Pantsir" ZRTK-nı silahlanmaya qəbul etməyi planlaşdırır. Bunlardan 13 ədədinin Rusiyadan satın alınması, 39 ədədinin isə Rusiya lisenziyası əsasında Hindistanın müdafiə müəssisələrində istehsal edilməsi nəzərdə tutulur. Bu yaxın mənzilli HHM kompleksi Rusiyanın daha əvvəl Hindistana satın almaq və birgə istehsal etmək üçün təklif etdiyi silahlar sırasına daxildir.
"Pantsir" ZRTK-nın Hindistanın tərkibinə Rusiyanın uzaq mənzilli "S-400 Triumf" zenit-raket komplekslərinin daxil olduğu çoxsəviyyəli hava hücumundan müdafiə sisteminə inteqrasiya olunması planlaşdırılır. Bu il Hindistan Müdafiə Nazirliyi 2025-ci ilin mayında Hindistan tərəfindən keçirilən "Sindur" hərbi əməliyyatı zamanı Pakistanın qırıcılarını, kəşfiyyat təyyarələrini və dronlarını zərərsizləşdirərkən uğurla tətbiq edilən bu silahın ehtiyatlarını tamamlamaq üçün Rusiyadan əlavə beş "S-400" divizionunun satın alınmasını təsdiqləyib.