Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyası qüvvələri krallığın qərbində, Məkkə şəhəri yaxınlığında pilotsuz uçuş aparatını (PUA) məhv edib.
“İki sahil” xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.
"Məkkə rayonunda pilotsuz uçuş aparatı tutulub və məhv edilib", — deyə o, "X" sosial şəbəkəsində yazıb.
Koalisiya nümayəndəsi aparatın məhz kimsəyə aid olduğunu dəqiqləşdirməyib.