03 noyabr 2026 15:25
129

Zelenski İlon Maskın onunla əlaqə saxlamamasından şikayətlənib

Ukrayn prezidenti Vladimir Zelenski amerikalı sahibkar İlon Maskın onunla əlaqəyə çıxmamasından şikayətlənib.

“İki sahil” xəbər verir ki, o, bu barədə "PBS" telekanalına müsahibəsində bildirib.

"Buna qədər biz ünsiyyətdə idik, müharibənin ilk dövrlərində İlon həm Putinlə, həm də mənimlə əlaqə saxlayırdı. Lakin mən onunla daha sonra — "SpaceX" tərəfindən atılan bütün bu addımlardan sonra danışmaq istəyirdim, bəli, amma onlar bizimlə əlaqə yaratmadılar", — deyə o, bildirib.

Daha əvvəl Mask Ukrayna Silahlı Qüvvələrinin (USQ) "Starlink"dən istifadə şərtlərini pozduğunu bəyan etmişdi.

Mask həmçinin qeyd etmişdi ki, "Starlink" şəbəkəsi söndürüləcəyi təqdirdə USQ-nin cəbhə xətti çökəcək.