44 günlük haqq savaşımızda sinəsini sipər edərək Vətəni alınmaz qalaya döndərən qeyrətli oğullardan biri də 1993-cü il avqustun 29-da Astara rayonunun Maşxan kəndində anadan olan şəhid Əli Cəfərovdur. O, cismən aramızda olmasa da, mənən qəlblərdə yaşayır, Azərbaycan xalqı onun adını böyük iftixarla çəkir.
Ölümsüzlüyə qovuşan qəhrəman Əli Maşxan kənd tam orta məktəbində təhsil alıb. Astara rayon Uşaq-Gənclər İdman Məktəbinin sərbəst güləş bölməsində məşq edib. O, 2011-2013-cü illərdə Ağdamda hərbi xidmətdə kəşfiyyatçı olub. Vətən müharibəsinə könüllü olaraq qoşulub. Tərtər Əlahiddə Kəşfiyyat taborunun Xüsusi Təyinatlı kəşfiyyat bölüyü ilə düşmən arxasında uğurlu diversiya hücumları təşkil edib. Talış və Suqovuşan kəndlərinin, Murovdağ yüksəkliyinin alınmasında şücaət göstərib və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. 2020-ci il noyabrın 4-də Astara rayon Maşxan kəndində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medallarına layiq görülüb.
Bəli, şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Əli kimi qeyrətli oğlanların qanı bahasına 30 il yağıya əsir düşən Qarabağımız indi başdan-başa canlanır və Vətən yaşayır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
İsrail Prezidenti MSK sədri tərəfindən parlament seçkilərinin rəsmi nəticələrini qəbul edib
"Politico": Aİ Kiyevin maliyyələşdirilməsi üçün Kanadadan daha böyük kömək gözləyir
1932-ci ildən bəri ilk dəfə olaraq demokrat namizəd Kanzas ştatından Senata seçilib