Bakı şəhərinin Səbail rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Jurnalistlər binasında başlayan yanğın söndürülüb.
Yanğın binanın 13-cü mərtəbəsindəki mənzillərindən birində quraşdırılan kombidən başlayıb.
Hadisə tanınmış aparıcı Səbuhi Yusifliyə məxsus mənzildə baş verib.
***
Jurnalistlər binasında yanğın başlayıb.
“İki sahil” xəbər verir ki, yanğın 1-ci Jurnalistlər binasının 13-cü mərtəbəsindəki mənzillərin birində baş verib.
Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub.