Ötən gün ölkəmizdə aparılan 3 min 87 test nəticəsində məlum olub ki, 337 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 795 min 832-yə yüksəlib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 4 nəfərin həyatını itirməsi nəticəsində virusdan ölənlərin ümumi sayı 9 min 733 nəfərə çatıb.
Daha 152 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 784 min 508-ə yüksəlib.