Azərbaycanda son sutkada koronavirus (COVID-19) 2 min 210 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 417, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 113, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 416, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 800 min 702, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 363 min 408, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 856 min 833 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 327 min 959, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 252 min 502 nəfərdir.