Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyevin Molalan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Molalan və Sors kəndlərinin sakinləri ilə keçirdiyi səyyar görüşü böyük razılığa səbəb oldu. Bunun əsasında da vətəndaşların öz dövlətinə olan inamı dururdu. İcra hakimiyyəti aparatının məsul əməkdaşların, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçilərin iştirak etdiyi bu görüşdə Cəlil Baxşıyev sərbəst şəkildə durub danışan hər bir vətəndaşın rəy və təklifinə səmimi münasibət göstərdi. Və kənd sakinlərinin narahatlığına səbəb olan sosial məsələlərin tez bir müddətdə həllindən ötrü müvafiq qurumlara tapşırıqlar verdi.
Sonra Cəlil Baxşıyevin vətəndaşlar qarşısında geniş çıxışı oldu. O, ölkə başçısının yürütdüyü uğurlu sosial-iqtisadi siyasəti nəticəsində durmadan vətəndaşların rifah halının yüksəldiyini bildirdı, son illərdə dağlar diyarında, o cümlədən Molaln ərazisində aparılan tikinti-quruculuq və abadlıq işləri barədə geniş şəkildə danışdı.
Axırda kənd sakinləri ən əsası respublikada yaradılan əmin-amanlığa, rahat həyata görə Cəlil Baxşıyevdən öz minnətdarlığını Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya çatdırmağı xahiş etdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü