Ötən gün ölkəmizdə aparılan 3 min 26 test nəticəsində məlum olub ki, 309 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 796 min 141-ə yüksəlib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində 2 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 9 min 735 nəfər təşkil edib.
Daha 145 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 784 min 653-ə yüksəlib.