23 iyul 2022 19:04
779

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 2 min 342 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 272 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 803 min 44, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 363 min 914, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 857 min təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 329 min 356, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 252 min 774 nəfərdir.