Azərbaycanda son sutkada koronavirus (COVID-19) 2 min 187 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 448, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 106, “buster” doza ilə peyvənd olunanların sayı 1 min 361, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 282 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 805 min 231, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 364 min 362, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 857 min 106 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 330 min 717, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 253 min 46 nəfərdir.