25 iyul 2022 12:15
759

Deputat Anar Məmmədov şəhid ailələri ilə görüşüb - FOTO

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov növbəti dəfə Goranboy rayonu Düzqışlaq kəndində Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşüb. Görüşdə rayon ağsaqqalları və ziyalıları, Goranboy Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri iştirak edib.

“İki sahil” xəbər verir ki, ilk öncə Düzqışlaq kəndində şəhidlərin adının əbədiləşdirilməsi məqsədilə xatirə lövhəsinə baxış keçirilib, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Anar Məmmədov diqqətə çatdırıb ki, şəhidlərin xatirəsinə ehtiram, onların ailələrinə və qazilərə qayğı hamımızın vətəndaşlıq borcudur. Xalqımız heç zaman şəhidlərini unutmayacaq, onların ailələrini və qazilərimizi hər zaman uca tutacaq.

Görüşdə çıxış edən şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse–prezidenti Mehriban xanım Əliyevaya razılıqlarını bildiriblər.