25 iyul 2022 11:54
1038

“Təbrizin sehirli nağılları” trendə çevirdi FOTO

Ötən həftə İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz tviter hesabında “Təbrizin sehirli nağılları” adlı kitabla paylaşdığı fotosu İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olub. İran səfiri və səfirliyi öz rəsmi tviter hesablarında İsrail səfirinə təhdid xarakterli cavab verib. 

“İki sahil” xəbər verir ki,  sözügedən paylaşım dünəndən etibarən yenidən gündəmə gəlib. Belə ki, Corc Dik öz sosial şəbəkə hesablarında sözügedən kitabın müxtəlif vaxtlarda hədiyyə edildiyi xarici Prezident və digər rəsmi şəxslərin fotolarını yaymağa başlayıb.

Bu şəxslərin sırasında Roma papası Fransisk, İtaliya Prezidenti Sercio Mattarella, Andorranın Baş naziri Xavier Espot Zamora, 2014-cü ildə Sülh üzrə Nobel mükafatını qazanan Kailash Satyarthi də var. Bununla yanaşı, rəsmi şəxslərin fotolarını paylaşan hər kəs səfir Corc Diki öz paylaşımlarında işarələyib.

Ardınca isə “MysteriousTalesofTabriz” həştəqi sosial şəbəkələrdə trendə çevrilib.