26 iyul 2022 00:38
979

Gədəbəydə Vətən müharibəsi qazisinin toy məclisi baş tutub - FOTO

İyulun 25-də Gədəbəy rayonunun Arıqıran kəndində 44 günlük Vətən müharibəsi qazisi Abdullayev Sərvan Səxavət oğlunun toy məclisi baş tutub.

“İki sahil” xəbər verir ki, məclisdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının rəhbəri, Gədəbəy rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri,104 saylı Gədəbəy –Tovuz Seçki Dairəsindən seçilən deputatın köməkçisi,hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qazimizi ailə həyatı qurması və doğum günü münasibətilə bir daha təbrik edir, uzun ömür, can sağlığı və xoşbəxt həyat arzulayırıq.