26 iyul 2022 14:14
856

Masallıda şəhid Sübhan Həsənovun doğum günündə xatirəsi anılıb - FOTO

Masallı rayonunda Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Həsənov Sübhan Rauf oğlunun doğum günündə xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları şəhidin xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev şəhidin ailəsinə başsağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirib. Şəhidin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib. Onlar ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.